9 sentyabr 2024 at 09:56
Jurnalist kodu: 5564
Xəbər kodu: 85591093
T T
0 Persons
İran xəstəliklərin müalicəsinin fərdiləşdirilməsi elmində regionda liderdir

Tehran - İRNA - İranın Birinci Beynəlxalq Farmakogenetik Konqresinin sədri farmakogenetikanın bütün xəstəliklərin daha yüksək keyfiyyət və effektivliklə müalicəsini fərdiləşdirmək olduğunu bəyan edərək deyib: “Hazırda İran regionda bu elm üzrə liderdir və xaricdə yaşayan bir sıra iranlılar bu üsulla müalicə edilib.”

İranın Birinci Farmakogenetik Konqresinin keçirilməsi ərəfəsində professor Daryuş Fərhud bu konqresin noyabrın 6-dan 8-dək İran Tibb Elmləri Universitetinin Razi Konfrans Salonunda keçiriləcəyini bildirərək əlavə edib: “Əslində farmakogenetik elmin köməyi ilə hər bir xəstəliyə uyğun və spesifik dərman istehsal etmək mümkündür.”

Farmakogenetikanın genetik xəstəliklərin müalicəsində istifadə edildiyini bəyan edən İranın Birinci Beynəlxalq Farmakogenetik Konqresinin sədri deyib: “Hazırda regionda İran bu elm üzrə liderdir və xaricdə yaşayan bir sıra iranlılar bu üsulla müalicə olunub.”

Professor Fərhud farmakogenetika elmi haqqında daha geniş izah verərək deyib: “Həmçinin infeksiyaların müalicəsində effektiv antibiotikləri aşkar etmək üçün antibioqramma aparılması və müvafiq antibiotiklər təyin edilməsində bu elmin köməyi ilə insana xəstəliyin geninə uyğun təsirli dərman verilir, başqa sözlə, müalicə fərdiləşdirilir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .